“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin NATO-nun 75 illik yubiley tədbirləri çərçivəsində Vaşinqtonda bir araya gəlməsi Bakı ilə İrəvan arasında sülhə doğru atılan addımları sürətləndirəcək”.
Newscenter.az xəbər verir ki, bunu “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, artıq tərəflər arasında əksər prinsipial məsələlər öz həllini tapıb və proseslər bu gedişlə davam edərsə yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.
Arzuman Muradlı onu da diqqətə çatdırıb ki, Vaşinqton görüşünün keçirilməsinə vasitəçilik edən Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin ifadə etdiyi müsbət notlar da nikbinlik üçün zəmin yaradır:
“Blinken də bildirib ki. bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən tərəflərin ABŞ-nin da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxın olduğunu bildirib. Əgər kənar təsirlər olmasa və Ermənistan Fransa, Hindistan kimi ölkələrin oyununa getməsə, o halda ABŞ dövlət katibinin dediyi kimi yaxın vaxtlarda sülh müqaviləsi imzalana bilər”.
Arzuman Muradlı onu da xüsusi olaraq vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan başlıca şərtə, konstitusiyanın dəyişdirilməsinə nail olmalıdır6
“Cənab Prezident İlham Əliyevin dediyi kimi Ermənistan konstitusiyası dəyişmədən hansısa sülh müqaviləsindən danışmaq mənasızdır. Ona görə də ilk növbədə Ermənistan konstitusiyasını dəyişməlidir”.
Süleyman