"Prezident İlham Əliyevin təyyarəsinin Pakistan səmasında yüksək diqqətlə müşayiət olunmasının bariz siyasi əlaməti var: Azərbaycan ərazisinə göz dikən, oraya əl uzadan hər hansı bir ölkə qarşısında həm də Pakistanı görəcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Əlabbas Məhərrəmli səsləndirib. O bildirib ki, islam ölkəsi kimi dünyada ən güclü ordulardan birinə malik olan Pakistan bununla dosta da, düşmənə də açıq mesaj verdi:
"Pakistanın istər baş naziri Məhəmməd Şahbaz Şərif, istərsə də Prezidenti Asif Əli Zərdarinin Azərbaycan haqqında xoş sözləri, Azərbaycanla Pakistan arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində, investisiya və baqa sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirmələri tərəfdaşlığın daha da möhkəmlənməsi ilə nəticələnəcək".
Anar Əliyev