Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Pakistanla hərbi texniki əməkdaşlıqda maraqlıdır

Azərbaycan Pakistanla hərbi texniki əməkdaşlıqda maraqlıdır


Azərbaycan prezidenti İlham Əliyevin Pakistana səfəri iki ölkə arasında siyasi, müdafiə, təhlükəsizlik və hərbi- texniki əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. İki ölkə arasında münasibətlərin yeni siyasi nizama uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulib.

Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycan Pakistanla hərbi-hərbi texniki əməkdaşlıq müstəvisində əməkdaşlıqda maraqlıdır:

"Xüsusilə Pakistan aviasiya və artilleriya sahəsində inkişaf etmiş hərbi sənayeyə malikdir. Qeyd edim ki, Pakistan hərbi aviasiyasına daxil olan yeni nəsil qırıcılar Çinlə birgə şəkildə istehsal edilir. Bu qırıcı təyyarələri öz döyüş funksiyası və manevr imkanlarına görə Azərbaycan üçün əlverişlidir.

Azərbaycanın aviasiya parkında olan qırıcılar əsasən, Rusiya istehsalıdır və ikinci Qarabağ müharibəsində öz tarixi vəzifələrindən uğurlu şəkildə yerinə yetirdilər. Hazırda Azərbaycan Pakistandan yeni qırıcılar almağı planlaşdırır. Bu xüsusda ikitərəfli müqavilələrin imzalanması mümkündür. Azərbaycana Qərb ölkələri qırıcı təyyarələr nə yaxın, nə də uzaq perspektivdə satmayacaq".

Politoloq deyib ki, Azərbaycanın hərbi sənaye parkında bir müddətdən sonra, Pakistan və Çin istehsalı olan yeni nəsil qırıcı təyyarələri görə bilərik:

"Pakistanla qırıcı təyyarələrin, artilleriya və raket silahlarının alınması istiqamətində razılaşmalar əldə edilib.

Azərbaycan prezidentinin Pakistanla hərbi sahədə əməkdaşlığı, Hindistanla Ermənistan arasında hərbi əməkdaşlığa cavab kimi qiymətləndirmək olar".

Süleyman
Xəbəri paylaş