"Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Respublikasına səfərini iki dost və qardaş dövlət rəhbərlərinin səmimi görüşü adlandırsaq yanılmarıq. Mətbuat konfransında qarşılıqlı edilən iltifatlardan göründüyü kimi bu münasibətlər səmimi şəkildə xoş məram kəsb edir".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov dövlət başçısının Pakistana səfərini şərh edərkən səsləndirib. O deyib ki, Cənab Prezidentin Şahbaz Şərifə Nəvaz Şərifin qardaşı kimi qardaşımın qardaşı deməsi isə əsl qardaşlıq nümunəsidir:
"Ticarət dövriyyəsinin azlığından şikayətlənmək tərəflərin niyyətini bəlli edirdi. İki milyard dollar həddində qarşılıqlı investisiya qoyulmasının razılaşdırılması bu görüşün əsas mahiyyətini göstərirdi. Azərbaycan tərəfinin İslamabadın yenidən qurulması üçün layihə təqdim etməsi isə əsl yenilik idi".
Azər Qasımov qeyd edib ki, Pakistanın baş naziri Şahbaz Şərifin Azərbaycan mətbəxinə vurğunluğu isə xüsusi qeyd olunmalıdır:
"Tərəflərin dialoqundakı xoş əhval-ruhiyyə onların niyyətlərini ortaya qoyurdu. Göründüyü kimi əsas məsələ qarşılıqlı inteqrasiyanı daha da artırmaq haqda planlardır".
Süleyman