Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cari ilin altı ayında xüsusilə ağır cinayətlər törədən 119 kriminal qrup zərərsizləşdirilib

Cari ilin altı ayında xüsusilə ağır cinayətlər törədən 119 kriminal qrup zərərsizləşdirilib



2024-сü ilin ilk altı ayı ərzində mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356 kriminal qrup zərərsizləşdirilib.

Newscenter.az xəbər verir ki, bu barədə iyulun 12-də Daxili İşlər Nazirliyində 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, bu kriminal qruplardan 119-u ağır və xüsusilə ağır cinayətlər törədib.

“Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib”, - iclasda bildirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş