"Xarici işlər naziri Hakan Fidana tapşırığı verdim. O, həmkarları ilə görüşəcək və işin bütün yol xəritəsini müəyyən edəcək. İnşallah, buna uyğun addım atacağıq".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Suriyada ədalətli sülhün mümkün olduğunu düşünür:
"Biz hər fürsətdə Suriyanın ərazi bütövlüyünün bizim də maraqlarımızda olduğunu bildiririk. Suriyada qurulan ədalətli sülh bizə ən çox fayda verəcək.
İndiyədək bu proses müsbət istiqamətdə inkişaf edib. Ümid edirəm ki, tezliklə konkret addımlar atacağıq. ABŞ və İran da bu müsbət irəliləyişlərdən məmnun olmalı və bütün əzablara son qoyulması prosesini dəstəkləməlidir. İllərdir ki, qonşumuzda baş verən yanğını söndürməyə çalışırıq.
Əsas gözləntimiz Suriyanın bütövlükdə yeni bir gələcəyin qurulması üçün yaradılacaq iqlimin heç kimin narahat olmamasıdır. Biz Suriyada sülh istəyirik və sülhü dəstəkləyən hər kəsin bu tarixi çağırışı dəstəkləməsini gözləyirik".
Anar Əliyev