İyul ayının 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək.
Newscenter.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və digər ictimaiyyət nümayəndələri qatılacaqlar.
Aşura mərasimlərinin İslam dininin mahiyyətinə və xalqımızın yüksək mədəniyyətinə uyğun şəkildə keçirilməsini, insanlar arasında həmrəyliyin aşılanmasını, yardımlaşmanın önəmini təşviq etmək məqsədilə keçiriləcək aksiyada tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Unutmamalıyıq ki, Aşura mərasimləri zamanı bədənə xəsarət yetirmək, qan çıxarmaq və digər xurafat meyilləri İslam dininə görə yolverilməzdir.
Vətəndaşlarımızı aksiyaya qoşulmağa dəvət edirik!
Nərgiz Əzizova