Mən Arzuman Muradlını bir neçə ildir ki, tanıyıram.
Haqqında məlumatım vardı. Bilirdim ki, çox vətənpərvər, sözünü deyən, xeyirxah, dürüst insandır. Tale elə gətirdi ki, biz Milli İnkişaf İctimai Birliyinin ətrafında birləşdik və mən Arzuman müəllimi əsl İnsan olaraq tanıdım, kəşf etdim.
İnsan sözünü böyük hərflə yazıram. Çünki bir neçə ali təhsilin də ola bilər, alim də olmaq olar, amma İnsan olmaq çox çətindir! Və Tanrı bunu hər kəsə nəsib etmir.
Tanrı çox sevdiyi bəndələrinin simasına ilhai bir nur, işıq əta edir. Bu cür insanlar qaranlıqda yol gedən, “İlahi, sən bilirsən...” –deyib də qəlbinin işığı önünə düşərək həm özünün, həm də başqalarının yolunu işıqlandıran mərhəmət yolçularıdır.
Və bu cür insanlar təkcə özlərini deyil, yaşadığı torpağı, mənsub olduğu eli-obanı çox sevir, onun kədərilə kədərlənir, sevinciylə güləndir. Arzuman müəllimi yaxından tanıdığım, onun necə səmimi, xeyirxah bir insan olduğunu bildiyim üçün bu sözləri yazıram və altından xətt çəkirəm. İmkansız ailələrə kömək edir. Dostların yanında çox böyük hörmət qazanıb. Tez-tez gözəl yazılarıyla çıxış edir. Nitqi də çox gözəl, səlis, rəvandır. Onun Dövlətimizə, Bayrağımıza, Prezidentə, xalqa nə qədər bağlı bir insan olduğunun şahidiyəm.
Yadımdadır ki, 2024-cü il, fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oglu Əliyevin seçkiqabagı təşviqat kampaniyası çərçivəsində fevralın 2-da Səbail rayonu, Yusif Məmmədəliyev 14 ünvanında “Milli İnkişaf” İB-nin üzvlərinin görüşü keçirildi və o görüşdə mən də iştirak edirdim.
Arzuman müəllim Təbligat qrupunun üzvü, eyni zamanda Milli İnkişaf ictiamai birliyinin sədri kimi çıxış edərək Prezident İlham Əliyevin son 20 illik fəaliyyəti ilə bağlı biz seçicilərə geniş məlumat verdi və qeyd etdi ki, Cənab İlham Əliyevin hakimiyyəti illərində ölkəmiz bütün parametrlər üzrə inkişaf edib, sosial-iqtisadi inkişafa, tərəqiyyə nail olunub, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdə mövqeləri kifayət qədər möhkəmlənib.
Və məhz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, zərgər dəqiqliyi ilə ölçülüb-bilçilmiş diplomatik gedişləri ilə Azərbaycan diktə olunan tərəfdən diktə edən bir ölkəyə çevrildi!
Cənab İlham Əliyevin həm də müzəffər Ali Baş Komandan kimi 44 günlük Vətən müharibəsi, eləcə də Qarabağdakı erməni separatçılarına qarşı antiterror tədbirlərini həyata keçirməsi bunun əyani sübutudur.
Bir yazar oalraq mən də bu fikri təsdiq edirəm: həqiqətən Azərbaycan bu gün əmin əllərdədir!
Arzuman Muradlı eyni zamanda Ukrayna-Azərbaycan Alyansı tərəfindən "Şərəf" ordeni ilə təltif olunub.
Arzuman müəllim ixtisasca iqtisadçıdır. Elmi araşdırmalaraı, monoqrafiyaları var. Və bir iqttisadçı kimi əsl düşünən beyindir. Elə Birliyimizn də adı “Milli İnkişaf”dır. Məhz bu gün Arzuman müəllim kimi ziyalılarara böyük ehtiyac var. O vaxtilə Dubay şəhərinin qurulmasında əsas planının hazırlanmasında da iştirak edib və işiylə bağlı bir neçə il Dubayda yaşayıb.
Və heç şübhəsiz ki, o bu cür ziyalılarımıza bu gün Milli məclisdə, parlamentdə böyük ehtiyac var. İnanıram ki, əgər Arzuman Muradlı Millət vəkili seçilərsə, yenə də öz mövqeyində qalacaq, xalqın, Vətənin inkişafı naminə xeyirxah əməllərini davam etdirəcək, yeni layihələrlə, təkliflərlə çıxış edəcəkdir. Çünki beyni, zəkası doludur. Məhz bu cür beyinlərə ehtiyac böyükdür!
Bir sözlə, Arzuman müəllim bütün yaxşı adlara layiqdir.
Və bu gün iyulun 12-də Arzuman Muradlının dünyaya gəldiyi gündür. Bu münasibətlə ən gözəl sözləri Arzuman müəllimə ünvanlayıram. Allahdan dəyərli qardaşıma cansağlığı diləməklə ürəyində olan bütün arzularının həyat keçməyini diləyirəm.
Ömür çox qısadır. Göz açıb yumunca günlər aylara, aylar illərə çevrilir. İstəsək də, istəməsək də, bu belədir. Bəli. Bir göz qırpımında.
Nə tez gəlib keçdi bu illər? Elə bil dünəndi Lerikin Rvarud kəndində çoxuşaqlı ailənin övladı olan balaca Arzumanın əlində çanta yelləyə-yelləyə dərsə getdiyi gün...
”Bircə tez böyüyəydim!”-dediyi gün. Böyüdü də. Ad da, hörmət də qazandı. Oğul-uşaq sahibi də oldu. Bu dünyanın gərdişləri, haqsızlıqlar bəzən onu yıpratdı da. Yeri gələndə ona qarşı olan paxıllıqları da gördü. Amma ayaqları üstündə möhkəm dayandı. Allaha sığındı. Sınmadı. Əyilmədi. Öz zəhmətiylə ucaldı.
Bu gün qayğılar nə qədər çox olsa da, Arzuamn müəllim özünü həmişə dost-tanış yanında gülərüz, səmimi aparır. Dostlara öz problemlərini heç vaxt yükləmir. Alman filosofu Kantın misraları düşür yada:”Ləyaqət tərbiyənin məhsuludur”.
Bəli. Hər şey, tərbiyə də, kübarlıq da qandan, gendən gəlmədir. Nə yaxşı ki belə ziyalılarımız var.
Bu gün əziz qardaşımız, başqanımızın 57 yaşının tamam olduğu, 58-in astanasında olduğu bir gündür. Gözəl gündür əslində. Həm də kədərli. Çünki ömürdən gedir...
Və nə qədər təəssüflənsək də, ötüb keçən günləri, hətta saniyələri belə güeri qaytara bilmərik.
Önəmli olan özündən sonra qoyub getdiyin əməllərdir, açdığın izdir, cığırdır. Neçə-neçə imkansız ailələrə, Qazilərə kömək edən, yıxılanın qolundan yapışan Arzuman Muradlı dönüb arxaya baxanda ötüb keçən günlərinə təəssüflənsə də, xeyirxah əməllərinə görə şübhəsiz ki, qürur duyur.
Belə böyük ürək sahibi olmaq hər kəsə nəsib olmur. Zənimcə bu ömür bir də verilsəydi, elə bu cür yaşayardı!
Şərəfli ömrünüz mübarək Arzuman müəllim!
SÜDABƏ SƏRVİ yazıçı-jurnalist, Prezident mükafatçısı