Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuz döyüşlərinin 4 ili tamam olur

Tovuz döyüşlərinin 4 ili tamam olur


Tarixə Tovuz döyüşləri kimi daxil olan hərbi əməliyyatlardan 4 il keçir.

Newscenter.az xatırladır ki, iyulun 12-də Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyini müşahidə edir. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasının sübutu idi.

Döyüşlər Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başlayır.

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınıb.Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub, 5 nəfər yaralanıb.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

İyulun 13-də Tovuz istiqamətində Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında artilleriya qurğuları yenidən işə düşüb, tərəflər bir-birinə qarşılıqlı zərbələr endiriblər.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Erməni Ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçu da həlak olub.

Anar Əliyev
Xəbəri paylaş