Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

Prezident İlham Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq



Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur.

Newscenter.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial şəbəkəsindəki paylaşımında yer alıb.

"Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Sevinc Mehdiyeva
Xəbəri paylaş