"Azyaşlıların, orta məktəb şagirdlərinin Məhərrəmlikdə dini mərasimlərə, xüsusilə də Aşura mərasiminə cəlb edilməsi yolverilməzdir. Bu hal istər-istəməz uşaqların psixologiyasına mənfi təsir gösrərir".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin açıqlamasında yer alıb. Açıqlamada bildirilib ki, hər nə qədər maarifləndirici xarakter işlər aparılsa, insanlara baş yarmaq. qan çıxarmağın doğru-düzgün olmadığı barədə bilgilər verilsə də, yenə də müəyyən müstəsna hallarda Aşura mərasimlərində bu kimi mənfi hallara rast gəlinir:
"Təssüfedici məqam ondan ibarətdir ki, həmin məclislərdə azyaşlılar da iştirak edir və bu kimi mənfi hallar onların gözü qarşısında baş verir. Bu isə uşaqlarda gələcəkdə qana hərislik, şiddət, aqressiya kimi xoşagəlməz hallara gətirib çıxarır",-deyə açıqlamada qeyd edilir.
Nərgiz Əzizova