Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz dost əlini sıxmağa hazırıq

Biz dost əlini sıxmağa hazırıq


Pakistan dünyada kütləvi qırğın silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir. Bu gün Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar.

Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Rüstəm Nağıyev səsləndirib. O bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dostluq əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldən, mahir və müdrik siyasəti ilə Azərbaycanın beynəlxalq aləmdə tanınmasında çox böyük işlər görən cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan-pakistan əlaqələri kifayət qədər inkişaf edib:

"Nəyi, nə zaman, necə edəcəyini bilən bir rəhbər kimi cənab Prezident qardaş ölkədə çox böyük nüfuza malikdir. Dost üçün, qardaş üçün bir tikə çörəyimizi bölməyə hazır olduğumuzu işdə, əmldə sübut edən rəhbərimizin siyasəti nəticəsində bu gün Azərbaycan-Pakistan münasibətləri “unikal əlaqələr” kimi xarakterizə edilir və alqışlanır".

Hakim partiya rəsmisi deyib ki, Azərbaycan xalqı və onun Lideri öz əhdinə sadiqdir, bizə dost əli uzadan hər kəsin əlini sıxmağa hazırdır.

Anar Əliyev
Xəbəri paylaş