"PKK nədirsə, FETÖ-də onun eynisidir".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib. O bildirib ki, Türkiyə Cümhuriyyəti həm PKK-ya, həm də FETÖ-yə qarşı şiddətli mübarizə aparmağa, onları əzməyə qadirdir:
"Yeni əsrdə nə PKK-nın, nə də FETÖ-nün sağ qalmaq şansı yoxdur".
MHP sədrinin sözlərinə görə, Türk tarixinin çox nadir dəhşətlərindən biri olan o qanlı və məşum gecədə FETÖ-nün xain hücumunun qarşısı alındığı kimi, onların Türkiyəni parçalamaq, ələ keçirmək istəkləri də eyni şəkildə alınacaq.
Anar Əliyev