Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədəki siyasi partiya liderləri ilə görüşüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, görüş dövlət başçısının Beştəpədəki iqamərgahında baş tutub.
Belə ki, 15 İyul Anma Mərasimindən əvvəl Ərdoğan MHP sədri Dövlət Baxçalı, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri İsmail Kahraman, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Böyük Birlik Partiyasının sədri Mustafa Destici, HUDA-PAR baş direktoru Zekeriya Yapıcıoğlu, Demokratik Sol Partiyasının (DSP) sədri Önder Ağsakalı Prezident Külliyesində qəbul edib.
Görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib.
Anar Əliyev