Qazaxıstanın paytaxtı Astanada elektrik enerjisi problemi yaşanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Astanada aparılan torpaq işləri zamanı “Elmo” ASC özəl şirkəti 20 kV-luq iki kabel xəttini zədələyib. Bu barədə paytaxt administrasiyasının rəsmi saytı məlumat yayıb.
“Astana-AEK” ASC-dən verilən məlumata görə, iyulun 15-də saat 15:47-də “Olimp” yarımstansiyasında 10 kV-luq qruntdan mühafizədən RP-262-yə qədər elektrik açarları qəzalı vəziyyətdə söndürülüb.
Şirkət təcili bərpa işlərini təkbaşına həyata keçirir.
7 transformator yarımstansiyasında məişət ehtiyacları üçün stasionar dizel generatorları avtomatik işə salınıb.
Hadisə ilə əlaqədar R.Bağlanov küçəsi 2, 4, 6, 6/3 və Turan prospekti 55E, 55, 55/1 ünvanlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
Anar Əliyev