Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtın bu ərazilərinin qaz təchizatında məhdudiyyət yaranacaq

Paytaxtın bu ərazilərinin qaz təchizatında məhdudiyyət yaranacaq


Xətai rayonunda orta təzyiqli qaz xəttinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Səbail rayonunda istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması, Xəzər rayonunda isə qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 16.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Newscenter.az "Azəriqaz"a istinadən bildirir ki, təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonunun M. Hadi və X.Məmmədov küçələrinin, Səbail rayonunun Y.Bədəlov və Nestrov küçələrinin, Xəzər rayonunun isə Stansiya Qala yaşayış massivinin, Daxili Qoşunların ətraf hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Süleyman
Xəbəri paylaş