Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiya qazının tədarükü artır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Handelsblatt qəzeti ICIS konsaltinq şirkətinin məlumatlarına istinadən yazıb.
Qəzetin yazdığına görə, 2024-cü ilin may ayında Avropa İttifaqı 2022-ci ilin sentyabr ayı ilə müqayisədə təxminən 30% çox təbii qaz idxal edib. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamazdan əvvəlki dövrlə müqayisədə Rusiyadan qaz idxalının səviyyəsi hələ də aşağıdır. Əgər 2021-ci ilin may ayında Aİ oradan təqribən 15 milyard kubmetr idxal edibsə, 2024-cü ilin mayında bu rəqəm cəmi 4,8 milyard kubmetr olub. Nəşr qeyd edir ki, 2022-ci ilin sentyabrında 3,7 milyard ilə müqayisədə bu, hələ də əhəmiyyətli və hər şeydən əvvəl daimi artımdır.
Mehman Mehdiyev