İyulun 16-sı Azərbaycanda Milli Ləl-Cəvahirat Fondunun təsis edildiyi gündür.
Newscenter.az xatırladır ki, Milli Ləl-Cəvahirat Fondu Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 iyul tarixli 50 nömrəli fərmanına əsasən qymətli metalların, daş-qaşların və onlardan hazirlanmış məmulatın və digər əşyaların qəbulu, saxlanılması və uçotu üçün yaradılıb.
Azərbaycan Prezidentinin 1992-ci il 21 iyul tarixli sərəncamı ilə İskəndərov İsfəndiyar İskəndər oğlu Milli Ləl-Cəvahirat Fondu direktoru təyin edilib.
Milli Ləl-Cəvahirat Fondu Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1998-ci il 759 nömrəli fərmanı ilə ləğv edilib.
Anar Əliyev