İsrailin son 48 saatda beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadəsi nəticəsində ən azı 320 fələstinli öldürülüb və yaralanıb.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat verib. Bildirilib ki, hücumlarda istifadə edilən silahlar əsasən ABŞ istehsalı, termal və ya kimyəvi silahlar sirasına daxil edilən raket və bombalardan ibarət olub.
Sözügedən silahların ölü və yaralı insanların bədənlərində kimyəvi reaksiyaya səbəb olduğu bildirilir.
Silahlar 27 saat və ya daha az müddətdə ölümlə nəticələnən yanıqlara səbəb olur.
Anar Əliyev