Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Parlamenti tərəfindən təsdiqini gözləmədən AK kollegiyasının Macarıstana səfərini ləğv edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer məlumat verib.
“Macarıstanın Aİ Şurasında sədrliyinin başlanğıcını qoyan son hadisələr fonunda Avropa Komissiyasının sədri AK-nin yüksək səviyyədə təmsil olunmamasına qərar verib. Macarıstanın sədrliyi zamanında Aİ Şurasının qeyri-rəsmi iclaslarında Avropa Komissiyasının İdarə Heyətinin ölkəyə səfəri baş tutmayacaq”, - deyə bildirib.
Anar Əliyev