Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaşıl gələcək naminə” aksiyası Oğuz və Qəbələdə davam etdirilib

Yaşıl gələcək naminə” aksiyası Oğuz və Qəbələdə davam etdirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə respublikamızda elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası iyulun 12-də Oğuz və Qəbələ rayonlarında yerləşən dini ibadət yerlərinin (məscid, kilsə, sinaqoq) ətrafında davam etdirilib.

Newscenter.az xəbər verir ki, din xadimləri, eləcə də İslam və qeyri-islam dini icmaların nümayəndələrinin iştirak etdikləri yaşıllaşdırma aksiyasında adıçəkilən rayonlardakı dini ibadət evlərinin ətrafında abadlıq, yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib.

Qeyd edək ki, “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.

Süleyman
Xəbəri paylaş