Qazaxıstanda 180 min işsiz vətəndaş dövlətdən sosial ödənişlər alır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, 180 mindən çox insan işini itirdiyinə görə dövlət sosial sığorta fondundan ödənişlər alıb.
128,3 min nəfərə ilk dəfə maaş verilib. Ödənişlərin ümumi məbləği 39 milyard tengedir.
Qanuna əsasən, ixtisara düşən işçilər məcburi sosial sığorta sistemində iştirak illərindən və son 24 ayda əldə etdikləri gəlirdən asılı olaraq 1 aydan 6 aya qədər işini itirməyə görə sosial müavinət alırlar.
Natiq Orucov