Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyada media qurumu qapadıldı

Almaniyada media qurumu qapadıldı


Almaniyada “Compact” jurnalının nəşrinə qadağa qoyulub.

Newscenter.az xəbər verir ki, buna səbəb dərjinin ifrat sağçı meyillər nümayiş etdirməsi olub.

Belə ki, Almaniyanın daxili işlər naziri Nensi Fazer daxili kəşfiyyat xidməti olan Konstitusiyanın Mühafizəsi Təşkilatı tərəfindən ifrat sağçı kimi təsnif edilən “Kompakt” jurnalını qadağan edib.

Nazir Nensi Faeser etdiyi yazılı açıqlamada, "Mən ifrat sağçı Compact jurnalını qadağan etdim. Bu jurnal ifrat sağçı seqmentin ruporudur. Bu jurnal yəhudilərə, immiqrasiya mənşəli insanlara və bizim parlament demokratiyamıza qarşı nifrəti dilə gətirməz şəkildə qızışdırır",-deyə bildirib.

Qadağadan sonra polis Brandenburq, Hessen, Saksoniya və Saksoniya-Anhalt əyalətlərində jurnal menecerlərinin evlərində axtarış aparıb və bəzi materiallar ələ keçirib.

Mehman Mehdiyev
Xəbəri paylaş