Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AXC-nin yaranmasından 35 il keçir

AXC-nin yaranmasından 35 il keçir


Azərbaycan Xalq Cəbhəsinin yaranmasından 35 il keçir.

Newscenter.az xatırladır ki, Azərbaycan Xalq Cəbhəsi və ya qısaca AXC — Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı olub.

Azərbaycan Xalq Cəbhəsi 1992-ci ilin iyunundan 1993-cü ilin iyununa kimi hakimiyyətdə olmuş və bu dövr ərzində milli valyutanın dövriyəyə buraxılması, ali təhsil müəssisələrinə qəbulda test üsulunun tətbiqi, dövlət əmlakının özəlləşdirilməsi kimi əhəmiyyətli addımlar atıb. Lakin Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin mahiyyətcə vəd etdiyi ölçüdə ciddi dəyişikliklər edə bilməməsi, kadr siyasətindəki uyğunsuzluqlar, korrupsiya və rüşvətxorluq, mətbuat nümayəndələrinə qarşı zorakılıqlar, təhlükəsizlik problemləri və Qarabağ müharibəsindəki müvəffəqiyyətsizlik onun tənqid olunan cəhətləri arasındadır.

Azərbaycan Xalq Cəbhəsindən bölünmələr Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Demokrat Partiyası və Ana Vətən Partiyası ilə başlayıb, 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında AXCP-nin yaradılması ilə yekunlaşıb.

1995-ci il parlament seçkilərinə siyasi partiya kimi qatılmaq məqsədiylə 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq təsis edilərək tarixə qovuşub.

Anar Əliyev
Xəbəri paylaş