Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad və demokratik şəraitdə seçki keçiriləcək

Azad və demokratik şəraitdə seçki keçiriləcək


"Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri getdikcə aktiv fazasına keçməyə başlayır. Namizədlərin dəqiqləşdirilməsi mərhələsi başa çatmaq üzrədir. Təbii olaraq hələ ki, aktivlik hiss edilmir. Amma bundan sonra imzaların toplanması mərhələsində və sonrasında ciddi aktivlik olacağı qənaətindəyəm".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov seçkiqabağı vəziyyəti dəyərləndirərkən səsləndirib. O bildirib ki, ƏHD Partiyası 20-ə yaxın namizədlə seçkilərə qatılacaq:

"Azərbaycan tarixinin yeni dövründə ilk dəfə Azərbaycan torpaqlarının bütün ərazisində seçkilər keçiriləcək. Bu, yeni tarixi dövrün başlanğıcıdır. Hesab edirəm ki, bu tarixi dövrdə azad və demokratik şəraitdə seçki keçiriləcək. Əvvəlki praktikalar dəyişiləcək. Namizədlər sərbəst və öz iradəsinə görə öz seçki kampaniyasını aparacaq. Mən də Sumqayıt şəhərində 45-ci dairədən namizədliyimi verəcəm. Hesab edirəm ki, çox güclü seçki kampaniyası aparacam. Ən azı seçki kampaniyasının sonuna kimi mübarizə aparmağı düşünürəm. Rəqiblərimə də əsl seçki mübarizəsi aparmağı təklif edirəm.
Seçkidə iştirak edən bütün namizədlərə uğurlar arzulayıram".

Süleyman
Xəbəri paylaş