"Azərbaycan-Pakistan strateji tərəfdaşlığı uğurla inkişaf edir, dostluq münasibətləri daha da möhkəmlənir. İki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq inkişaf etdirilməkdədir".
Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının üzvü Anar Məmmədov Azərbaycan Prezidentinin Pakistana dövlət səfərini şərh edərkən səsləndirib. O bildrib ki, müxtəlif sahələrdə münasibətlər genişlənərək xeyli güclənmişdir və iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialı mövcuddur:
"Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib və hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Anar Əliyev