Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı bir sıra partiyalar artıq seçkidə işirak qərarı verib. Lakin başda hakim Yeni Azərbaycan Partiyası olmaqla əksər partiyalar hələ də namizəd sayını açıqlamaqda tələsmirlər. Yaxud bəzi partiyalar ilkin mərhələdə açıqladıqları namizəd sayında bəzi düzəlişlər etməli olurlar.
Newscenter.az xəbər verir ki, ƏHD Partiyası da özünün seçki planında bəzi dəyişiklik etməli olub. Belə ki, ilkin mərhələdə partiya növbədənkənar parlament seçkilərinə 40 namizədlə getməyi düşünsə də, ancaq sonradan deputatlığa namizədlərin sayı azalıb.
Əldə etdiyimiz məlumata görə, ƏHD Partiyası növbədənkənar parlament seçkilərinə 20 namizədlə gedəcək.
Mehman Mehdiyev