Qazaxıstanda illik inflyasiya azalıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Milli Bankının sədri Timur Süleyanov Prezident Kasım-Jomart Tokayevin qəbulunda olarkən deyib.
Prezidentə qəbul zamanı yarımillikdə Milli Bank tərəfindən həyata keçirilən pul-kredit siyasətinin yekunlarına dair hesabat təqdim edilib.
Timur Süleymanov, Qazaxıstanda və dünyada iqtisadi vəziyyətin inkişafı, inflyasiyanın sürəti və onun sabitləşdirilməsi tədbirləri haqqında məlumat verib. O, illik inflyasiyanın səngidiyini və daxili iqtisadiyyatda proinflyasiya amillərinin qorunduğunu bildirib.
İclasın sonunda Kasım-Jomart Tokayev Milli Banka bir sıra tapşırıqlar verib.
Natiq Orucov