Rəsmi Tehran Amerikanın sabiq prezdienti Donald Trampa qarşı sui-qəsd cəhdində iştirak ittihamlarını rədd edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İran bu cür ittihamları əsassız və qərəzli adlandırıb.
İranın BMT-dəki Daimi Nümayəndəliyi də Tehranın ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində əli olması ilə bağlı ittihamları rədd edib.
Anar Əliyev