Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampa qarşı sui-qəsd onun seçkilərdə qələbəsinə yol açacaq

Trampa qarşı sui-qəsd onun seçkilərdə qələbəsinə yol açacaq


"Sabiq Amerika prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi onun noyabrda keçiriləcək seçkilərdə qələbəsinə yol açacaq".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Bildirilib ki, Trampın həyatına edilən sui-qəsd onun amerikalılar arasında nüfuzunun qalxmasına gətirib çıxaracaq:

"Okeanın o tayında məlum sui-qəsd cəhdindən sonra keçirilən rəy sorğusunun nəticələri də belə deməyə əsas verir. İndi əminliklə demək olar ki, seçkilərin favoriti Donald Trampdır. Bu arada Respublikaçılar Partiyasının rəsmən Trampın namizədliyini irəli sürməsi də Onun Ağ Evə gedən yoluna yandırılmış yaşıl işıq sayıla bilər".

Mehman Mehdiyev
Xəbəri paylaş