Beş ölkənin müdafiə nazirləri Qazaxıstanda bir araya gəlib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, nazirlər Aktau vilayətində keçirilən “Birlestik-2024” beynəlxalq təlimini izləmək üçün bura səfər ediblər.
Aktauda “Birlik - 2024” beynəlxalq təlimində iştirak edən ölkələrin müdafiə nazirləri hərbi obyektlərə də baş çəkiblər.
Qazaxıstanın müdafiə naziri Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarını hərbi hissələrin təlim-döyüş imkanları və təlimin keçirilməsi üçün şəraitlə tanış edib.
Anar Əliyev