Qazaxıstanda sərnişin avtobusu qəzaya uğrayıb.
Newscenter.az "Sputnik Qaaxıstan"a istinadən bildirir ki, hadisə Karaqanda vilayətində baş verib.
Məlumata görə, içərisində 51 nəfər sərnişinin olduğu avtobus minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanların 2-si sərnişin, 1-i avtobus sürücüsüdür.
Hadisə "Almatı-Yekaterinburq" magistralında baş verib.
Faktla bağlı cinayət işi başlanıb.
Anar Əliyev