Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampa qarşı yeni sui-qəsd cəhdi ola bilər

Trampa qarşı yeni sui-qəsd cəhdi ola bilər


Amerikada prezidentliyə namizəd Donald Trampa qarşı yeni sui-qəsd cəhdləri ola bilər.

Newscenter.az "Politico" nəşrinə istinadən bildirir ki, ABŞ kəşfiyyatı belə bir iddia ilə çıxış edib. Qurum bunun yaxın həftələrdə baş verə biləcəyini iddia edib.

Nəşr iddia edir ki, administrasiya Tehrandan gələn təhdidlər barədə müxtəlif mənbələrdən məlumat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Tramp keçirdiyi görüşlərdən birində sui-qəsd cəhdinə məruz qalıb və sabiq prezident qulaq nahiyəsindən xəsarət alıb.

Anar Əliyev
Xəbəri paylaş