Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə ən çox ev alan xarici ölkə vətəndaşları sırasında ruslar birinci yerdədir

Türkiyədə ən çox ev alan xarici ölkə vətəndaşları sırasında ruslar birinci yerdədir


Türkiyədə xarici ölkə vətəndaşları arasında ev alanlarıns ayında azalma müşahidə edilib.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, cari ilin yanvar-iyun ayının göstəriciləri belə deməyə əsas verir.

Belə ki, əcnəbilərə mənzil satışı yanvar-iyun dövründə bir əvvəlki ilin eyni dövrünə görə 45,7 faiz azalaraq 10 min 461-ə düşüb.

İyun ayında xarici ölkə vətəndaşları arasında ən çox ev alan ruslar olub. Belə ki, qeyd edilən müddətdə 332 Rusiya Federasiyası vətəndaşı Türkiyədən ev alıb. Sonrakı yerləri 156 evlə İran və 102 evlə Ukrayna vətəndaşları tutub.

Mehman Mehdiyev
Xəbəri paylaş