Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə iyunda 79 min 313 ev satılıb

Türkiyədə iyunda 79 min 313 ev satılıb


Türkiyədə mənzil satışında azalma müşahidə edilib.

Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, ölkə daxilində ev satışlarının sayı iyun ayında keçən ilin eyni ayına görə 5,2 azalaraq 79 min 313-ə düşüb.

Ev satışının ən çox olduğu şəhərlər sırasında 13 min 25 ev satışı ilə İstanbul birinci olub.
Sonrakı yeri 6 min 866 ilə Ankara və 4 min 361 ilə İzmir tutub.

Ən az mənzil satışı isə Ardahan, Hakkari, Tunceli və Bayburtda qeydə alınıb.

Natiq Orucov
Xəbəri paylaş