"Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin iclasında Azərbaycan və Ermənistan liderləri də iştirak edir. İclas fonunda hər iki liderin və nümayəndə heyətinin görüşü mümkün ola bilər. Xüsusilə Avropa İttifaqı hər iki tərəfin görüşündə maraqlıdır. Xüsusilə Böyük Britaniya sülhün əldə edilməsinə və Zəngəzur dəhlizinin açılmasının tezləşdirilməsinin təşəbbüskarıdı. Qeyd edim ki, Böyük Britaniya Azərbaycana tam dəstək verir və geopolitik layihəsində Cənubi Qafqaz siyasəti prioritet kəsb edir".
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında danışıqlar baş tutarsa, tərəflər mümkün danışıqları davam etdirilməsini, Zəngəzur istiqamətində delimitasiya və demarkasiya prosesinin aparılması və sülhə mane olan konustitusiya referendumunun keçirilməsi məsələsini müzakirə edəcək. Həmçinin Çərçivə sazişinin tezliklə bağlanılması və Zəngəzur yolunun açılması razılaşdıla bilər:
"Qeyd edim ki, İyulun 1 -də hər iki ölkə birgə komissiyanın əsasnaməsini razılaşdırılmalı idi. Amma, Ermənistan tərəfi Alma-Ata Bəyannaməsinin digər ərazilərə tətbiq edilməsi təklifi ilə çıxış edir. Bu ümumi prosesə mane olur. Liderlər görüşlərsə, bu məsələ ilə bağlı razılıq əldə oluna bilər".
Anar Əliyev