Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyanın ən yaxşı hava limanı İstanbuldadır

Dünyanın ən yaxşı hava limanı İstanbuldadır


İstanbul Hava Limanı Travel and Leisure tərəfindən hər il təşkil edilən “Dünyanın 10 Ən Yaxşı Beynəlxalq Hava Limanı” sorğusunda oxuculardan 95,79 bal toplayaraq birinciliyə layiq görülüb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ABŞ-ın Nyu-York şəhərində hər ay 16 milyondan çox oxucuya çatan ABŞ-da nəşr olunan “Travel and Leisure” səyahət jurnalının mükafatlandırma mərasimi keçirilib. Mükafat İGA İstanbul Hava Limanının Əməliyyatlar üzrə Baş Müdir müavini Mehmet Büyükkaytana təqdim edilib.

Travel and Leisure jurnalı oxucularının rəyləri əsasında aparılan araşdırmada hava limanları giriş, check-in, təhlükəsizlik, qida və içki sahələri, alış-veriş və dizayn baxımından qiymətləndirilir.

Sorğuda səsə qoyulan digər hava limanları arasında Changi Hava Limanı (Sinqapur), Hamad Beynəlxalq Hava Limanı (Qətər), Dubay Beynəlxalq Hava Limanı, İncheon Beynəlxalq Hava Limanı (Cənubi Koreya), Abu Dabi Beynəlxalq Hava Limanı (Birləşmiş Ərəb Əmirlikləri), Haneda Beynəlxalq Hava Limanı (Yaponiya) var.

Mehman Mehdiyev
Xəbəri paylaş