Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın növbəti pozuculuq cəhdi

Ermənistanın növbəti pozuculuq cəhdi


"Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyanın paytaxtında keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etsə də, London iki lideri görüşdürmək üçün əlavə diplomatik səylər göstərəcək".

Newscenter.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Nikol Paşinyan və İlham Əliyev fevralda Berlində Təhlükəsizlik Konfransı çərvəsində Almaniyanın kansleri Olaf Şoltsun iştirakıyla görüşüblər, bundan sonra Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dövlət katibi Entoni Blinkenin iştirakıyla üçtərəfli görüş keçiriblər:

"İndi London da Avropa toplantısı çərçivəsində fürsətdən istifadə edib Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəyir. Bu Böyük Britaniyaya Cənubi Qafqazda maraqlı olduğunu, o cümlədən Bakı ilə Erivan arasında Berlin və Vaşinqton qədər moderatorluğunu göstərmək üçündür".

Anar Əliyev
Xəbəri paylaş