Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib.
"Report"un Londona ezam olunmuş əməkdaşı xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.