Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK-nın sözdə kəşfiyyat hücrəsini məhv edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, MİT Müdirliyi və İstanbul İl Polis İdarəsinin birgə həyata keçirdikləri əməliyyat nəticəsində İstanbulda PKK-nın kəşfiyyat strukturuna rəhbərlik edən Halil Kod Sadıq Topaloğlu və Mehmet Savaş İstanbulda yaxalanıb.
MİT təşkilatın kəşfiyyat strukturunda olan Sadık Topaloğlunu müəyyən etdikdən sonra onu addım-addım nəzarətə götürüb. Topaloğlunun qeyri-qanuni yollarla İraq/Qandilə getdiyi və kəşfiyyat təhsili aldığı, təlim prosesində təşkilatın liderlərindən olan Cuma kodu Cəmil Bayıkla görüşdüyü müəyyən edilib. Sadıq Topaloğlunun Türkiyəyə təyinat aldıqdan sonra jurnalistika adı altında terror təşkilatı üçün məlumat topladığı üzə çıxıb.
Bundan başqa, MİT tərəfindən Mehmet Savaşın təşkilat adından maliyyə fəaliyyətləri həyata keçirdiyi və təşkilatın üzvlərinə Suriyadakı ön şirkətlər vasitəsilə material tədarük etdiyi müəyyən edilib.
Anar Əliyev