Birləşmiş Ştatlar yaxın həftələrdə Çinə qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür.
Newscenter.az TASS-a istinadən bildirir ki, buna səbəb kimi Çinin Rusiya ilə ticarət əlaqələri göstərilib. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan açıqlama verib.
O, Aspen İnstitutunun təşkil etdiyi illik təhlükəsizlik forumunda deyib ki, yaxın həftələrdə Çinə qarşı əlavə sanksiya tədbirləri həyata keçirilə bilər.
Mehman Mehdiyev