Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Banqladeşdə etiraz aksiyaları 75 nəfərin həyatına son qoydu

Banqladeşdə etiraz aksiyaları 75 nəfərin həyatına son qoydu


Banqladeşdə bir neçə gündür baş verən etiraz aksiyalarında həyatını itirənlərin sayı 75 nəfərə çatıb.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, etirazlara səbəb ölkədə 1971-ci il Qurtuluş Müharibəsində xidmət etmiş şəxslərin övladlarına dövlət sektorunda kvota ayrılması qərarı olub.

Təkcə bu gün paytaxt Dəkkədə keçirilən etirazlarda 30 nəfər həlak olub. Bundan başqa etirazların başladığı gündən indyə qədər 2 mindən çox yaralı qeydə alınıb.

Ölkədə mobil internet bağlantısı kəsilib, sosial mediaya giriş məhdudlaşdırılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş