"Ermənistanın baş naziri Londonda Azərbaycan Prezidenti ilə görüşməyə cəsarət etmədi. Bu, Paşinyanın müstəqil siyasətçi deyil, kənat qüvvələr tərəfindən idarə olunduğunu bir daha təsdiq etdi. Ümumiyyətlə, Ermənistanın bütün dövlət başçıları həmişə müxtəlif ölkələrdən asılı olaraq, onların diqtəsi ilə addım atıb.
Onlar əksər vaxtlarda çıxılmaz duruma düşərkən İlham Əliyevlə görüşdən qaçırlar. Dünənki hadisə də birinci deyildi, vaxtilə Serj Sarkisyan da sülh danışıqları ilə bağlı görüşdə Azərbaycan Prezidentinin sarsılmaz qətiyyəti qarşısında məyus duruma düşərək ayaqyolu adı ilə aradan çıxmışdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. Vaqif Abdullayev hesab edir, ona görə də, Paşinyanın da eyni kursun bir hissəsi kimi aradan çıxmaq ənənəsini davam etdirməsi təəccüb doğurmamalıdır:
"Çox güman ki, Makron ona görüşdə iştirakına icazə verməyib. Fransa sülh prosesində Londonun ön plana keçməsindən və sülh sazişinin Böyük Britaniyanın iştirakı ilə baş tutmasından qorxaraq belə bir pozuculuğa rəvac verdi.
Əlbəttə, sülh və dialoq kimi ən fundamental bir mövzuda görüşdən boyun qaçırmaq həm acizlik və cəsarətsizlik davranışı hesab edilir, həm də beynəlxalq siyasi praktikada siyasi mədəniyyətsizlik kimi qarşılanır.
Bu baxımdan, Paşinyanın sülh danışıqlarından imtina etməsi siyasi əxlaq normalarına və dünya diplomatik etikiet qaydalarına ziddir. Çünki bu görüş Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya kimi nüfuzlu dövlət tərəfindən təklif olunmuşdu. Ermənistan isə bu davranışı ilə Londonun bu təşəbbüsünə hörmətsizlik göstərdi".
Vaqif Abdullayev deyib ki. O, Böyük Siyasi Lider, Planetar Şəxsiyyət İlham Əliyevin qarşısında aciz və qorxu sindromunu biruzə verdi, Onun Əzmkarlığı və İradəsinin fövqündə normal siyasi polemika apara bilməyəcəyindən ehtiyat edərək görüşdən qaçdı:
"Bəllidir ki, Azərbaycan Prezidenti son dövrdə daha da Qətiyyətli və Nüfuzlu dünya Liderlərindən biri kimi qlobal siyasətdə diqqəti cəlb etməkdədir, Onunla dialoq aparmaq üçün qarşıdakı şəxsin yüksək siyasi səriştəsi, hətta psixoloji hazırlığı olmalıdır.
Paşinyan psixoloji sarsıntı və stress içində olduğundan bu addımı atdı. İrəvanın vaxtilə Münxendə baş tutmuş formatın yenidən təşkilindən qaçması həm də siyasi dialoq və sülh gündəliyinin irəli aparılmasından geri çəkilməsi deməkdir".
Vaqif Abdullayev qeyd edib ki, Böyük Britaniyada dünya Ermənistanın sülh sazişinə dırnaqarası baxdığının, məsuliyyətsiz dövlət olmasının bir daha şahidi oldu. Bu isə Ermənistanın özü üçün yaxşı nəticələr verməyəcək:
"Bu ölkəni əlində oyuncağa çevrirmək istəyən Fransanın pozuculuq niyyətlərinin də zərərlər verəcəyi istisna deyil. Hər halda Paşinyan daha bir şansı əldən verməklə ölkəsini bir addım da gerilətdi".
Anar Əliyev