"Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi bu ölkənin sülhdən yayınması anlamına gəlir".
Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistan sözdə Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bildirsə də, lakin əməldə bunun əksini nümayiş etdirir:
"Elə ən son London görüşündən imtina da bunun əyani sübutudur. Paşinyan gözəl bilirdi ki, Londonda Cənab İlham Əliyevlə görüşsə, Azərbaycan Lideri onu fakt qarşısında qoyacaq və həmin faktlar qarşısında cavab verməyə çətinlik çəkəcək".
Arzuman Muradlı qeyd edib ki, bu həm də Paşinyanın cəsarətsizlik, Azərbaycan Lideri qarşısında acizliyinin göstəricisidir:
"Ancaq erməni baş naziri unudur ki. bu cür məsuliyyətsiz davranışlar, sülh prosesinə zərər verə biləcək addımlarla Ermənistan üçün problem yaradırlar. Ermənistan hökuməti bu reallığı nə qədər tez dərk etsə, bir o qədər də özünü ağır durumdan xilas etmiş olar".
Süleyman