Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü ilə Kür çayının Sabirabad rayonunun ərazisindən keçən hissəsində və “Kürkəndi birləşmiş nasosxana”nın ətrafında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz ölkəm“ təmizlik aksiyası keçirilib.
Newscenter.az xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyətinin, 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Mil-Muğan Regioanl Gənclər və İdman İdarəsinin və Gənclər Evinin əməkdaşlarının, meşə təsərrüfatı işçilərinin, Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin, bələdiyyələrin, rayon sakinlərinin və könüllülərin iştirakı ilə keçirilən iməcilik zamanı 500 kq-dan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
Qeyd edək ki, bu aksiyaların keçirilməsində məqsəd hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə çəkməklə ətraf mühitin qorunmasına nail olmaqdır.
Anar Əliyev