“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq marşrutunun potensialının eyni vaxtda inkişafı üçün Qazaxıstan, İran, Türkmənistan və Rusiya arasında 2024-2025-ci illər üçün yol xəritəsi imzalanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, yol xəritəsinin həyata keçirilməsi dəhlizin yükgötürmə qabiliyyətini 2027-ci ilədək ildə 15 milyon tona, 2030-cu ilə qədər isə 20 milyon tona çatdırmağa imkan verəcək.
Qeyd edək ki. bununla bağlı keçriilən iclasda 12 ölkədən (Azərbaycan, Ermənistan, Əfqanıstan, Rusiya, Belarus, Türkmənistan, BƏƏ, İran, İraq, Oman, Özbəkistan), İqtisadi Əməkdaşlıq Təşkilatı (OECD) və Avrasiya İqtisadi Komissiyasının (AİƏ) nümayəndələri iştirak ediblər.
Forum “Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas iştirakçıları üçün dəmir yolu və avtomobil yollarının inkişafı, eləcə də limanın inkişafının aktual məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayacaq.
Anar Əliyev