Cari ilin yanvar-may aylarında Qazaxıstanda 10,9 milyard kubmetr təbii qaz hasil edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"aa istinadən bildirir ki, bu göstərici keçən illə müqayisədə 9,4% çoxdur.
Regionlar üzrə bütün hasilatın 93,2 faizi Qərbi Qazaxıstan vilayətinə məxsus olub, Cari ilin beş ayında bu qeyd edilən vilayətdə 10,2 milyard kubmetr qaz hasil edilib.
Təbii qazın hasilatında aparıcı bölgələr Mangistau və Jambil vilayətləridir. Bundan əlavə, Qızılorda, Şərqi Qazaxıstan və Aktobe vilayətlərində qaz hasil edilib.
Anar Əliyev