Türkiyədə daha 17 qeyri-qanuni mühacir saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Çanaqqalanın Ayvacık rayonu sahillərində qeydə alınıb.
Sahil Mühafizəsi Şimali Ege Qrup Komandanlığı qrupları Ayvacık sahillərində üzən rezin qayıqda nizamsız immiqrantların olduğunu təsbit edib.
Bölgəyə istiqamətlənən “TCSG-8” qayıq qrupları rezin qayıqda Yəmən, Fələstin və Sudandan olan qadın və uşaqların da olduğu 17 qeyri-qanuni immiqrantı yaxalayıb.
Gəmidən endirilən əcnəbi vətəndaşlar əməliyyatlardan sonra Ayvacık Əcnəbilərin Repatriasiya Mərkəzinə aparılıb.
Fuad Hüseynzadə