Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilan rayonunda qaz tənzimləyici məntəqə qurulur

Zəngilan rayonunda qaz tənzimləyici məntəqə qurulur


İşğaldan azad olunmuş Zəngilan rayonunda, daha dəqiq, Ağalı kəndi ərazisində SOCAR-ın “Azəriqaz” İB tərəfindən qaz tənzimləyici məntəqə (QTM) qurulur.

Newscenter.az quruma istinadən bildirir ki, işlər bu gün də müntəzəm olaraq davam etdirilir. QTM Zəngilan rayonun Həkəri, Yenikənd və 2-ci Alıbəyli kəndlərini mavi yanacaqla təmin edəcək. QTM-in ərazisi 2500 kv metr olacaq.

Hazırda ərazidə iki su anbarının tikintisi başa çatmaq üzrədir. İşıq dirəklərinin bünövrəsi hazır vəziyyətdədir. Cari işlərin avqustun sonunadək yekunlaşdırılması planlaşdırılır.

Süleyman
Xəbəri paylaş