Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxsdən səkkiz kiloqram narkotik götürülüb

İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxsdən səkkiz kiloqram narkotik götürülüb



Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən Fuad Qəhrəmanov saxlanılıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ondan 8 kiloqram marixuana, heroin və tiryək aşkar olunub. F.Qəhrəmanov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu “Fərrux” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılan şəxs narkotikləri Bakı şəhərinə apararaq orada deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində bir miqdar narkotik vasitə əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Qəhrəmanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş